“Azərbaycanla oyun öncəsi məğlubiyyət ruh yüksəkliyini qaldıracaq”
13.02.2012 - 10:48
“Azərbaycanla oyuna qədər vaxtımız var. Nahaq yerə deməyiblər ki, vaxt yaraları sağaldır”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya milli komandasının baş məşqçisi Sergey Skoroviç deyib.
O, Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının İspaniya ilə final matçındakı 1:3 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransına qatılıb. Mütəxəssis dünya çempionatının pley-off mərhələsinin Azərbaycanla oyunları haqda suala cavab verərkən futzalçılarının durumundan danışıb: “İspaniya ilə oyunda aldığımız məğlubiyyət yalnız müsbət təsir edir. Belə yenilgilər ruh yüksəkliyini qaldırır, komandanı daha da möhkəmləndirir”.

0
0