“Simurq” Doroşu transfer etdi
13.02.2012 - 11:02
“Simurq” Azərbaycan milli çempionatında çıxış etmiş legioneri transfer edib. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında moldovalı hücumçu Anatoli Doroşun keçidini həll etdiklərini bildirib. O, Moldova yığmasının 28 yaşlı üzvü ilə 1 illik müqavilə bağladıqlarını söyləyib: “Doroşun komandamıza transferi hələ ötən yay gündəmdə idi. Ancaq onda bu variant alınmamışdı. Bildiyiniz kimi, biz qış fasiləsində əsasən orta sahə və hücum xəttinə gücləndirmək yönündə çalışdıq. Ancaq bu mövqeyə baxışa çağırdığımız legionerlər bizi qane etmədiyindən, transferlərinə ehtiyac duymadıq. Yalnız bir legioner - “Skonto”dan gələn Latviya yığmasının hücumçusu İqor Tarasovu bəyənmişdik. Ancaq onunla anlaşa bilmədiyimizdən, keçid baş tutmadı. İndi yalnız bir hücumçumuz – litvalı Robertas Poşkus qaldığından, Anatolinin transferini gerçəkləşdirməyi qərara aldıq. Ona görə də Doroşun məsələsinə Antalyadan döndükdən sonra qayıtmağa ehtiyac duyduq. Moldovalı dəvətimizi qəbul edərək, birbaşa müqavilə bağlamağa gəldi”.
Zaqatala təmsilçisi Antalyada təlim-məşq toplanışında olduğu müddətdə Doroş Rumıniya və Qazaxıstan klublarında baxışda olsa da, keçidi baş tutmadı. Hər halda, “Simurq”un rusiyalı baş məşqçisi Sergey Yuran da moldovalı legioneri yaxşı tanıyır: “Anatoli ölkəmizdə bir sıra klublarda oynadığından, çempionatımıza yaxşı bələddir. O, milli komandasının oyunçusudur. Bundan əlavə, Yuranın Doroşun kimi karyerası Qazaxıstana bağlı olub və orada işlədiyi dövrdən hücumçunu tanıyır. Bu mənada Anatolinin komandamıza faydalı olacağına inanırıq”.
İcraçı-direktorun sözlərinə görə, transfer çalışmaları hələ bitməyib: “Düzdür, “transfer pəncərəsi” artıq bağlansa da, qaydaya görə, sərbəst futbolçunu istənilən vaxt heyətimizə cəlb edə bilərik. Bu üzdən daha bir transferi reallaşdırmağımız mümkündür. Ola bilər ki, 1 yarımmüdafiəçi aldıq. Bizə bu mövqeyə oyunçu lazımdır. Belə götürəndə, heyətimiz normaldır və əsas məqsədimiz olan “altılığ”a düşməyə çalışacağıq”.
Qeyd edək ki, 2006-cı ildən ölkəmizdə çıxış edən Doroş 4 klubumuzda – “MKT-Araz”da, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan”da oynayıb. O, milli çempionatımızda vurduğu 30 qolla ən çox fərqlənən legionerlərin siyahısında ilk onluğu qapayır.
Mehman SÜLEYMANOV

0
0