Klub prezidenti: Azərbaycan yığmasının ardınca uçurum gəlir
13.02.2012 - 11:58
Klub prezidenti: Azərbaycan yığmasının ardınca uçurum gəlir
“Avropa futzalının aşkar lideri var – bu İspaniya yığmasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dina” futzal klubunun prezidenti Sergey Kozlov deyib.

O, yeni başa çatan Avropa çempionatının ardından qitə futzalındakı qüvvələr nisbətini dəyərləndirib: “İspaniyanın ardınca 3 təxminən bərabər səviyyəli komanda gəlir – Rusiya, İtaliya və Portuqaliya. Bir az aşağıda isə Azərbaycan, Ukrayna və Serbiyadır? Bir də Xorvatiya. Onların ardınca isə böyük uçurum gəlir. Prinsipcə illər keçsə də heç nə dəyişməyib. Hər şey elə əvvəlki kimi qalıb”.