70 illik rekord qırıldı
13.02.2012 - 12:54
70 illik rekord qırıldı
Futbol üzrə İspaniya çempionatında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Primeranın XXIII turunda “Levante”ni 4:2 hesabı ilə məğlub edən “Real” vurduğu qolların sayını 75-ə çatdırıb. İndiyədək İspaniya çempionatları tarixində heç bir komanda 23 turdan sonra bu qədər qol vura bilməmişdi. “Kral klubu” 1941/42 mövsümünə təsadüf edən 74 qolluq rekordu 1 top arxada qoyub. Belə ki, 70 il əvvəl “Valensiya”nın nümayiş etdirdiyi məhsuldarlıq çempionatların rekordu sayılırdı.