“Rusiya yığmasını məğlub etmək olar”
13.02.2012 - 13:48
Azərbaycan futzal yığmasının ən təcrübəli üzvü, oyun sayında rekordçu olan Rizvan Fərzəliyevin apasport.az saytına müsahibəsi
- Püşkün nəticəsinə əsasən, dünya çempionatının pley-off mərhələsində Rusiya yığması millimizə rəqib oldu. Bunu necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, seçmə mərhələdə 2-ci yeri tutduğumuz üçün yalnız qrup qalibləri ilə görüşə bilərdik. Onlardan Serbiya və Çexiya yığmalarından birinin bizə düşməyini istəyirdik. Digər 4 milli – İspaniya, Portuqaliya, Rusiya və İtaliya isə ən güclülər idi. Bunlar arzuolunmaz rəqiblər idi. Amma elə alındı ki, onlardan biri ilə düşdük. Əlbəttə, Rusiya güclüdür və bizə çətin olacaq.
- Onu da nəzərə alaq ki, son illər daim Avropa çempionu olan İspaniya ilə düşsəydik, işimiz daha çətin olardı...
- Sözsüz ki, İspaniya yığması ilə düşmədiyimizə görə bəxtimiz gətirdi. Bu komandaya qalib gəlib çox çətindir. Ruslarla düşdüyümüzdən, ən azı Bakıda onları udmaq haqda fikirləşirik. Ancaq istənilən halda, bizi çətin sınaq gözləyir. Əvvəlki formada deyilik. Ancaq Rusiya ilə oyunlara hələ vaxt var. Matçlar martın sonunda – aprelin əvvəlində keçiriləcək və həmin vaxtadək hazırlaşıb, daha yaxşı formada çalışacağıq.
- Rusiya yeni başa çatan Avropa çempionatında qalib olmağa çox yaxın idi. İspaniya yığması şimal qonşularımıza finalda çətinliklə qalib gəldi...
- Bəli, Rusiya yığması Avropa çempionatında sensasiya etməyə çox yaxın idi. Qələbəni bir addımlığında olan rusları çempionluqdan 34 saniyə ayırırdı. Ancaq həmin vaxt ispanlar əvvəl hesabı bərabərləşdirib, sonda qalib gəldi – ( 3:1). Ancaq Rusiya nə qədər güclü olsa da, onlarla rəqabət aparmaq olar. Bu mənada ilk oyunu evdə keçirməyimiz daha yaxşı oldu.
- Adətən kubok oyunlarında ilk oyunu səfərdə, cütün qalibinin müəyyənləşdiyi cavab görüşünün evdə keçirilməyi daha yaxşı sayılır. Ancaq siz bunun əksini düşünürsünüz. Bunu nə ilə əlaqələndirərdiniz?
- Rusiya yığması ilə çoxdandır görüşməsək də, son vaxtlar oyununu görmüşük. Elə son Avropa çempionatında potensial rəqiblərimizdən idi. Bu mənada ilk matç evdə olduğundan, var-gücümüzlə oynayıb, qalib gəlmək olar. Cavab oyununu səfərdə keçirəcəyimizdən, öz meydanımızda üstünlük qazanmalıyıq. Buna nail olsaq, Moskvadakı matçda daha çox müdafiə olunub, əks-hücumlara bel bağlayarıq. Bu yolla Rusiya ilə oyunda uğurlu nəticəyə ümid edə bilərik.
- Uzun illərdir futzalda çıxış edirsiniz. Sizcə, səfərdəki cavab oyununa rahat yollanmaq üçün evdə neçə top fərqi ilə qələbə yetərli olar?
- Futzalda hər saniyənin hökmü var. Bir də görürsən ki, saniyə ərzində, bir göz qırpımında hər şey dəyişir. Hər halda, evdə mütləq qalib gəlmək lazımdır.
- 1999-cu ildə Avropa çempionu olan Rusiya yığmasının son qitə birinciliyində belə uğurlu çıxışını gözləyirdiniz?
- Açığı, ruslar qrup mərhələsində elə də güclü təsir bağışlamadı. İtaliya yığması ilə qrup liderliyinin taleyini müəyyənləşdirən oyunda 2:2 hesablı heç-heçə etdilər. Düzdür, ilk hissədən sonra 2:0 irəlidə idilər. Ancaq italyanlar fasilədən sonra oyunda böyük üstünlüyü malik olaraq, sonda tarazlığı bərpa etdi. Onların oyunu xoşuma gəldi və mən İspaniya – İtaliya finalını gözləyirdim. Ruslar topların daha yaxşı fərqinə görə qrupda 1-ci oldu. Serbiya ilə 1/4 final oyununda hesabda geri düşərək, sonradan vurduqları 2 qolla çətin qələbə qazandılar. Yarımfinalda Xorvatiya ilə matçda hesabda 4:0 irəlidə olsalar da, sonradan 2 top buraxdılar.
- Yeri gəlmişkən, 1/4 finala çıxsaydıq, məhz Rusiya ilə düşəcəkdik....
- Elədir. Ancaq Avropa çempionatı bizim üçün uğursuz oldu, qrupdan çıxa bilmədik. Ancaq bu da bir qismətdir ki, Rusiya ilə Avropa yox, dünya çempionatının oyununda görüşməli olacağıq. İndi bütün diqqətimizi həmin oyuna yönəltmişik. Çalışacağıq ki, bu dəfə azarkeşlərimizi sevindirək.
- Necə hesab edirsiniz, həmin vaxt Rusiya ilə oynasaydıq, indi işimiz daha yaxşı olardı?
- Bəli. Onda rəqibi taktiki cəhətdən daha yaxşı bilərdik. Adətən rəqiblərlə 2-3 dəfə oynayanda, onun gücünü, taktiki hazırlığını daha yaxşı bilirsən. Ancaq bu, baş məşqçinin üzərinə düşən işdir. O, Rusiya yığmasının oyunları olan diskləri əldə edib, rəqibi təhlil edəcək və bu zaman işimiz rahat olacaq.
- Yeri gəlmişkən, braziliyalı baş məşqçiniz Joze Alesio Da Silva vaxtilə Rusiyada işləyib. Serjao ilə Biro Jade bu ölkədə oynayıb, qapıçımız Andrey Tveryankin əslən Rusiyadandır. Bunlar xeyrimizə ola bilərmi?
- Düzdür, onların Rusiyaya bağlılıqları var və xırda-xırda belə amillərin müsbət təsiri ola bilər. Ancaq braziliyalıların uzun müddətdir Rusiyanı tərk edib, Azərbaycanda olduqlarını nəzərə almaq lazımdır. Onlar həm “Araz”, həm də milli komandamıza bağlıdır. Serjao ilə Biro Jade isə artıq Ukrayna çempionatında “Uraqan” klubunda oynayır.
- Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev azərbaycanlıdır. Onunla şəxsi tanışlığınız var?
- Yox.
- Rusiya yığması ilə bir dəfə oynamışıq. Bu, 2004-cü il yanvarın 27-də Serbiyanın Zrenyanın şəhərində baş tutan matç Avro-2005-in seçmə mərhələsi çərçivəsində gerçəkləşib. 8 il əvvəlki matçda 0:5 hesabı ilə uduzmuşuq. Siz demək olar həmişə yığmamızın heyətində yer alsanız da, həmin vaxt olmamısınız. Bunun səbəbi nə idi?
- Həmin vaxt “Gömrükçü”də oynayırdım. Yığmaya rəhbərlik edən Elman Ələkbərovun baş məşqçisi olduğu “Turan AİR”lə komandamız arasında prinsipiallıq vardı. O, məni Bakıdakı hazırlığa cəlb etmişdi. Ancaq sonradan münasibətlərimizdə problemlər yarandı, aramız dəydi. Bu səbəbdən acıq edib, məni Serbiyadakı Avropa çempionatının seçmə mərhələ oyununa götürmədi.
- Millimizin oyunlarına kimi “Araz”ın heyətində ölkə çempionatında çıxış edəcəksiniz və bu oyun praktikasından yararlanmalısınız...
- Bəli. “Araz”ın heyətində mövsümün qalan hissəsinə hazırlığımızı davam etdiririk. Rusiya ilə matçadək çempionatda 5-6 oyun keçirəcəyik və bu, xeyrimizə olacaq. İndi 2-ci yerdə gedirik və bizi “Neftçi” İSM qabaqlayır. Liderliyimizi qaytarmaq istəyirik. EKOL də ciddi rəqiblərimizdəndir. Dünya çempionatının matçlarına kimi çempionatda oynamağımız yaxşı oldu.
Mehman SÜLEYMANOV

0
0