“Azərbaycanda Cənubi Amerikanı təmsil edəcəyəm”
13.02.2012 - 13:55
“Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatında təmsil olunmaq mənim üçün böyük şərəfdir. Çünki mən orada təkcə Uruqvayı deyil, Cənubi Amerikanı təmsil edəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri uruqvaylı idman funksioneri Nair Akkerman deyib.
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Təşkilat Komitəsinə təyin olunan cənubi amerikalı özü üçün gözlənilməz dəvətə münasibət bildirib: “İxtisasım bədən tərbiyəsi müəllimidir. 30 il nazirlikdə fəaliyyət göstərmişəm. Sonradan otüstü hokkey üzrə hakim oldum. İndi də FİFA-nın baş katibindən Təşkilat Komitəsində yer almaq təklifi gəldi. Bu, çox sevindiricidir. Axı Azərbaycanda qitəni mən təmsil edəcəyəm. İsveçrənin Sürix şəhərində keçiriləcək Təşkilat Komitəsinin yığıncağına çağırılmışam. Orada ilk dəfə komitənin üzvü kimi təqdim olunacağam”.
Qeyd edək ki, İsveçrədəki toplantıya Azərbaycan-2012-nin Yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatılacağı gözlənilir.

0
0