Sergey Skoroviç: Ümid edək ki, Azərbaycanı keçməyi bacaracağıq
13.02.2012 - 14:07
Sergey Skoroviç: Ümid edək ki, Azərbaycanı keçməyi bacaracağıq
“Bizim artıq eyni düşüncəli və yüksək səviyyəli oyunçulardan ibarət komandamız formalaşıb. Heyətdə dəyişikliklər həmişə mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya milli komandasının baş məşqçisi Sergey Skoroviç deyib.

O, Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının yekunlarına həsr olunan mətbuat konfransı keçirib. Bu gün Moskvada təşkil olunan yığıncaqda Skoroviç dünya çempionatının pley-off mərhələsinin Azərbaycanla oyunları haqda da danışıb: “Komandamızın özəyi artıq var və bütün yarışlarda ölkəmizi layiqincə təmsil edir. Bu il bizi dünya çempionatının pley-off mərhələsinin Azərbaycanla oyunlarımız var. Ümid edək ki, Azərbaycanı keçməyi bacaracağıq. Bundan sonra mundiala hazırlaşacağıq”.