“Millidə bəzilərinə qərəzli yanaşırlar, digərlərinin başını tumarlayırlar”
13.02.2012 - 14:52
Azərbaycan futzal yığmasının dünya çempionatının pley-off mərhələsində rəqibi olan Rusiya millisi heyətlə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın uzun müddətdir əsas qapıçısı olan Sergey Zuyev yığmadan getdiyini açıqlayıb. O, bunu Avropa çempionatının (AÇ) finalında İspaniyada 1:3 hesabı ilə uduzduqları ilə oyundan sonra edib. Bu da Sergeyin martın sonu – aprelin əvvəlində keçiriləcək millimizlə matçlarda iştirak etməyəcəyi deməkdir.
Zuyev bu qərarı qəbul etməyin onun üçün asan olmadığını bildirib: “Bunun obyektiv və subyektiv səbəbləri var ki, indi bunları deyəcəyəm. Mənə xoş olmayan odur ki, komandamızda bir qrup insanlara qərəzli yanaşırlar, digərlərinin isə başını tumarlayırlar. Çünki o legionerdir və yerli oyunçumuz nə qədər fayda versə də, həmişə üstünlük əcnəbiyə verilir”.
“Sinara” klubunda oynayan qapıçının sözlərinə görə, onun gedişi ilə yığmanın rəhbərliyinin problemi yaranmayacaq: “Rusiyada çoxlu gənc, perspektivli oyunçular var. Ən nəhayət, Okeanın o tayından, ayağı ilə yaxşı oynaya bilən qapıçını dəvət edəcəklər. Üstəlik, liqamızdakı praktika legionerə pasport verilməyi ilə bağlı problemin olmadığını göstərir. Ailə problemlərim də var. Burada heç nə izah edə bilməyəcəyəm. Bu, mənim şəxsi işimdir. Yığmadakı oyunçulara minnətdarlıq etmək, onlara böyük insani sağ ol demək istərdim. Mənə onlarla oynamaq xoş idi. Məni ciddi mühakimə etməyin – bu, mənim seçimdir. Qərarım qətidir və bundan imtina etmərəm. Onu qeyd etmək istərdim ki, məqsədlər dəyişir, ancaq dəyərlər heç vaxt”.
Zuyev gümüş medal qazandıqları son AÇ-nin final mərhələsinin həlledici oyunlarında ehtiyatda qalıb və qapını qoruyan milliləşdirilən braziliyalı Qustavo artıq “1 nömrə” olacaq.
Qeyd edək ki, Zuyev millimizlə yeganə oyundan – 2004-cü ildə 5:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələ matçından yığmada qalan azsaylı futzalçılardandır.

0
0