Emil Əliyev: Baş məşqçi ilə müqaviləni uzadacağıq
13.02.2012 - 15:56
Emil Əliyev: Baş məşqçi ilə müqaviləni uzadacağıq
Futzal üzrə Rusiya milli komandasının Avropa çempionatında gümüş medallar qazanmasına həsr olunan mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Rusiya Mini Futbol Assosiasiyasının prezidenti əslən azərbaycanlı olan Emil Əliyev də çıxış edib.

O, yığmanın çıxışını uğurlu saydığını bildirərək, müqaviləsi bu il martın 1-də başa çatan baş məşqçi Sergey Skoroviçlə anlaşmanın uzadılacağını söyləyib: “Biz yığmanın çıxışını yüksək qiymətləndiririk. Oyunçularımızla fəxr edirəm. Uğurda məşqçinin də əməyi böyükdür. Biz onunla müqaviləni uzadacağıq ki, komandanı dünya çempionatı və növbəti Avropa çempionatına arxayın hazırlaya bilsin. Futbol üzrə DÇ-2018-i qəbul etdiyimizdən həmin vaxtadək mini-futbol yarışlarına ev sahibliyi etməyəcəyik. Yalnız 2018-ci ildən sonra mini-futbolda dünya və Avropa çempionatlarını təşkil etmək haqda düşünə bilərik”.

Qeyd edək ki, Rusiya yığması DÇ-2012-nin pley-off mərhələsində Azərbaycan yığması ilə görüşəcək. Skoroviçlə müqavilənin uzadılması isə gələn ayıən sonundakı ilk matçda onun başında olacağını bildirir.