“Beşiktaş”dan səfər qələbəsi
14.02.2012 - 23:21
“Beşiktaş”dan səfər qələbəsi
Avroliqada pley-off mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə 2 təmsilçisindən biri olan “Beşiktaş” ilk matçına çıxıb.

Portuqaliyada “Braqa”nın qonağı olan “Qara Qartallar” İstanbula qələbə ilə qayıdırlar. Hər hissədə 1 qol vuran “Beşiktaş” mərhələ adlamaq yolunda mühüm addım atıb.

Digər görüşdə “Olimpiakos” Moskvada “Rubin” üzərində qələbə qazanıb.

Bu mərhələnin digər oyunları fevralın 16-da keçiriləcək.



14 fevral
“Rubin” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 0:1
QOL: David Fuster, 72
73-cü dəqiqədə “Olimpiakos”un qapıçısı Balaj Meqyeri kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Nəticədə qonaqların qapısına penalti təyin edilib. Ancaq Bibers Natxonun 75-ci dəqiqədə zərbəsini yenicə meydana çıxan qapıçı Roy Kerroll tuta bilib.

“Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 0:2
QOLLAR: Tomas Sivok, 37; Simao, 58
START HEYƏTLƏRİ
BRAQA: Quim, Everton, Miguel Lopes, Douglao, Mossoro, Salino, Custodio, Hugo Viana, Barbosa, Lima, Alan
BEŞİKTAŞ: Cenk, İbrahim, Sivok, Egemen, Tanju, Ernst, Necip, Veli, Fernandes, Simao, Quaresma


16 fevral
21:00. “Lokomotiv” (Rusiya) – “Atletik” (İspaniya)
22:00. “Zalsburq” (Avstriya) – “Metallist” (Ukrayna)
22:00. “Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)
22:00. “Viktoriya” (Çexiya) – “Şalke” (Almaniya)
22:00. “AZ Alkmaar” (Hollandiya) – “Anderlext” (Belçika)
22:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)
22:00. “Legiya” (Portuqaliya) – “Sportinq” (Portuqaliya)
00:05. “Styaua” (Rumıniya) – “Tvente” (Hollandiya)
00:05. “Visla” (Polşa) – “Standard” (Belçika)
00:05. “Udineze” (İtaliya) – PAOK (Yunanıstan)
00:05. “Trabzonspor” (Türkiyə) – PSV (Hollandiya)
00:05. “Hannover-96” (Almaniya) – “Brügge” (Belçika)
00:05. “Porto” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
00:05. “Stok Siti” (İngiltərə) – “Valensiya” (İspaniya)