Aleksisin dublu “Barselona”ya qələbə qazandırdı - VİDEO
15.02.2012 - 01:32
Aleksisin dublu “Barselona”ya qələbə qazandırdı - VİDEO
Avropanın ən nüfuzlu klub turnirində 2 aylıq fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, azarkeşlərin böyük intizarla gözlədiyi Çempionlar Liqası (ÇL) həyəcanı bu gündən pley-off mərhələsi ilə davam edib. Həlledici mübarizəyə startın Beynəlxalq Sevgililər Gününə təsadüf etməyi diqqəti çəkib.

Turnirin son qalibi olan “Barselona” üçün 1/8 final mərhələsinin ilk oyunu uğurlu olub. Belə ki, çempionatda son vaxtlar səfərdə inamsız təsir bağışlayan komanda “Bayer”lə Almaniyadakı oyunda inamlı qələbə qazanıb. Bununla da “Barsa” mərhələ adlamaq vəzifəsini evdəki cavab matçına saxlamadan demək olar həll edib.

Fransadakı oyunda isə meydan sahibləri minimal hesablı da olsa qələbə qazana bilib. Özü də qrupda lider olan APOEL-in səfərdə ilk dəfə uduzmağı diqqət çəkib. Kiprlilər evdə daha yaxşı təsir bağışladığından, “Lion”un ¼ finala çıxmaq işi asan olmayacaq.

14 fevral

“Lion” (Fransa) – APOEL (Kipr) - 1:0
Lyakazet, 58



“Bayer” (Almaniya) – “Barselona” (İspaniya) - 1:3
Kadles, 52 - Sançes, 41; 55; Messi, 88



15 fevral

21:00 “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya)
23:45 “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)