Kaxaber Sxadadze havadan şikayətlənir
13.02.2012 - 17:26
Kaxaber Sxadadze havadan şikayətlənir
“Bizi çox çətin oyun gözləyir. Ağır hava şəraiti oyuna hazırlıq planlarımıza dəyişiklik etməyə vadar etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz”lə oyunu haqda fikirlərini açıqlayıb: “Gəncədə meydançanın hansı vəziyyətdə olması böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, meydança komandalara yaxşı futbol sərgiləməyə imkan verəcək”.

Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu fevralın 16-da keçiriləcək.