Avropa çempionatının açılış oyununun keçiriləcəyi stadionda kuryoz hal
13.02.2012 - 19:30
2012-ci il Avropa çempionatının (AÇ) final mərhələsinin açılış oyununun keçiriləcəyi Varşava milli stadionu ilə bağlı kuryoz vəziyyət yaranıb. Apasport.az saytının məlumatına görə, yeni tikilən arenanın meydançasında qapılardan biri futbol qaydalarının, FİFA və UEFA-nın elementar tələblərinə cavab vermir.
Polşa Futbol İttifaqının obyektlərin lisenziyalaşdırılmağı və təhlükəsizlik məsələləri vitse-prezidenti Miroslav Starçevski stadionda qüsurları açıqlayıb: “Şimal tərəfindən qapı yerə həddən artıq dərinlikdə basdırılıb. Bunun nəticəsində onun hündürlüyü normadan 2 santimetr aşağıdır. Oyun qaydalarına görə isə qapının hündürlüyü 2 metr 44 santimetr olmalıdır”.
Vitse-prezident ehtiyat oyunçular skamyasında oturacaqların sayının reqlament normalarından az olduğunu da qeyd edib: “Milli stadionda onların sayı 12-dir. Əslində isə sayın 16 olmağı lazımdır. Belə götürəndə, xırda şeydir. Ancaq tələblər var və onları yerinə yetirmək lazımdır”.
Qeyd edək ki, Polşa – Yunanıstan oyunu ilə turnirin açılışını etməli olan Varşavadakı arenanın xeyli vaxtdır qalmaqallardan başı açılmır. Nəticədə həmin stadionunda keçirilməli olan ilk rəsmi oyun - fevralın 11-də “Legiya” ilə Krakovun “Visla” klublarının Polşa Superkubokunda görüşü baş tutmadı.

0
0