Yığmamızın rəqibinə ölkə prezidenti tərəfindən yüksək qiymət
14.02.2012 - 10:04
Azərbaycan milli komandasının bu il yoldaşlıq görüşündə rəqibi olacaq Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev ölkə başçısı tərəfindən yüksək qiymət alıb. Apasport.az saytının məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun dövlət mükafatlarının verilməyi ilə bağlı imzaladığı sərəncama əsasən keçmiş hücumçunun əməyi qiymətləndirilib. Belə ki, Kondratyev “Belarus Respublikasının əməkdar məşqçisi” fəxri adını alıb. Bu, ilk növbədə çalışdırıcının rəhbərliyi altında 21 yaşlılardan ibarət yığmanın Avropa çempionatının (AÇ) bürünc medalçısı almağı ilə bağlıdır. Alman Bernd Ştanqenin ötən ilin sonunda Belarusun əsas yığmasının baş məşqçisi postundan gedişindən sonra Kondratyev onu əvəzləməklə, indi hər 2 milliyə rəhbərlik edir.
Qeyd edək ki, AÇ-nin final mərhələsinə gedən yolda yığmamızı qrupda 2 dəfə məğlub edən Kondratyev iyunun 5-də Minskdə millimizlə görüşəcək.
Qeyd edək ki, AÇ-nin final mərhələsinə gedən yolda yığmamızı qrupda 2 dəfə məğlub edən Kondratyev iyunun 5-də Minskdə millimizlə görüşəcək.
0
0