“O, bizi məyus etdi”
14.02.2012 - 11:00
“O, bizi məyus etdi”
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Yunanıstan çempionatında növbəti uğursuz oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Panionios” klubunun heyətində Superliqanın “Yannina” ilə qarşılaşmasını zəif keçirib. Belə ki, yunan həmkarlarımız qarşılaşma iştirakçılarının oyununu dəyərləndirib. Onlar Araz haqda cəmi 1 cümlə ilə kifayətləniblər: O, son oyunda bizi məyus etdi.

Qeyd edək ki, “Panionios”un öz meydanında “Yannina”nı məğlub edə bilmədiyi matçda (0:0) Araz 69 dəqiqə oynayıb.