Ansi Aqolli hələ də “Krivbass”dadır
14.02.2012 - 11:37
Ansi Aqolli hələ də “Krivbass”dadır
Ukrayna mətbuatı Ağdamın “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli ilə bağlı səhvini təkrarlayıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin tanınmış sport.com.ua saytı qış transfer pəncərəsinin keçidləri ilə bağlı növbəti siyahını açıqlayıb. Həmkarlarımız 1 həftə əvvəl buraxdığı səhvi düzəltməyib. Belə ki, albaniyalı müdafiəçinin adı yenə də “Krivbass”a keçənlər siyahısında yer alıb. Hərçənd həm “Qarabağ”, həm də “Krivbass” rəhbərliyi, üstəlik futbolçunun özü də bunun yanlış olduğunu açıqlayıb.