Rendal Brenesin gəldiyi çempionatın səviyyəsi məlum oldu
14.02.2012 - 11:52
Rendal Brenesin gəldiyi çempionatın səviyyəsi məlum oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsr üçün Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin ən yaxşı çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2001-11-ci illəri əhatə edən dövr üçün ən yaxşı adını Meksika qazanıb. Bu yarış 11 il ərzində 7155 xal yığıb. İkinci yeri isə Kosta-Rika tutub. Bir neçə gün əvvəl “Xəzər Lənkəran”a transfer olunan Rendal Brenesin bundan əvvəl çıxış etdiyi yarış 3547 xala malikdir. Bir sıra veteran ulduzların cəmləşdiyi ABŞ çempionatı isə yalnız 3-cüdür - 3353,5 xal.