“Xəzər Lənkəran” AZAL-la dueldə aşkar üstünlüyə malikdir
14.02.2012 - 12:11
“Xəzər Lənkəran” AZAL-la dueldə aşkar üstünlüyə malikdir
Azərbaycan Premyer Liqasının XX turunda “Xəzər Lənkəran” AZAL arasında yubiley oyun olacaq. Apasport.az saytının məlumatına görə, Lənkərandakı sabahkı matç komandalar arasında 20-ci görüş kimi tarixə düşəcək. Rəqiblər indiyədək 15 dəfə çempionatda, 4 dəfə Azərbaycan kubokunda üz-üzə gəlib.

Arxada qalan 19 oyunda “Xəzər Lənkəran”ın üstünlüyü aşkardır. Belə ki, çempionatdakı 15 matçda 10 qələbə qazanan komanda 3 heç-heçə edib və cəmi 2 dəfə uduzub. Lənkəranlılar top fərqində rəqibindən az qala 3 dəfə artıq qol vurub – 20:7. Ölkə kubokundakı hər 2 dueldə mərhələ adlayan “Xəzər Lənkəran” olub. Buradakı 4 oyunda hesabında 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət olan cənub klubu 5 qol vurub, 3-ü buraxıb.

Bir sözlə, 20-ci duelə qədər “Xəzər Lənkəran” 12 qələbə qazanıbsa, AZAL-ın cəmi 3 uğuru var. 4 dəfə heç-heçə edən rəqiblərin görüşlərində lənkəranlılar 25, bakılılar 10 qol vurub. Cənubluların ev oyunlarında isə bu üstünlük daha böyükdür. Lənkərandakı 9 matçdan 7-də qalib gələn meydan sahibləri qonaqlara uduzmayaraq, 2 xal verib. Paytaxt təmsilçisinin qapısından öz meydanında 15 top keçirən “Xəzər Lənkəran” 5 qol buraxıb.

2005/0612.08.2005çempionatOlimpik (Bakı)səfərdə2:0
2005/0612.02.2006çempionatOlimpik (Bakı)evdə1:0
2006/0717.09.2006çempionatOlimpik (Bakı)səfərdə2:1
2006/0727.04.2007çempionatOlimpik (Bakı)evdə3:2
2007/0825.11.2007çempionatOlimpik (Bakı)səfərdə0:0
2007/0806.03.2008kubok, ¼ finalOlimpik (Bakı)səfərdə0:1
2007/0820.03.2008kubok, ¼ finalOlimpik (Bakı)evdə2:0
2007/0817.05.2008çempionatOlimpik (Bakı)evdə0:0
2008/0920.09.2008çempionatOlimpik (Bakı)səfərdə1:0
2008/0914.03.2009çempionatOlimpik (Bakı)evdə0:0
2009/1021.10.2009çempionatOlimpik-Şüvəlan (Bakı)səfərdə0:1
2009/1010.12.2009çempionatOlimpik-Şüvəlan (Bakı)evdə2:1
2009/1027.04.2010kubok, ½ finalOlimpik-Şüvəlan (Bakı)səfərdə1:1
2009/1005.05.2010kubok, ½ finalOlimpik-Şüvəlan (Bakı)evdə2:1
2010/1129.08.2010çempionatAZAL (Bakı)səfərdə1:0
2010/1120.02.2011çempionatAZAL (Bakı)evdə2:1
2010/1113.03.2011çempionatAZAL (Bakı)səfərdə0:1
2010/1123.04.2011çempionatAZAL (Bakı)evdə3:0
2011/1214.08.2011çempionatAZAL (Bakı)səfərdə3:0


Mənbə: lankaranfc.com