“Bakı”lıların borcu
14.02.2012 - 13:18
“Bakı”lıların borcu
“Komandada hər şey yaxşıdır. Yeni transferlər də səviyyəli oyunçulardır və hiss olunur ki, yaxşı karyeralara sahibdirlər". Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib.

28 yaşlı futbolçu bildirib ki, Premyer Liqanın XX turunda sabah qarşılaşacaqları “Qarabağ”la görüşdə qələbə qazanmaq istəyirlər: "İnanıram ki, "altılıq" oyunlarına qədər olan 4 görüşdə də maksimum nəticə əldə edib, ilk "altılıq"dakı yerimizi qoruyacağıq.

Daha sonra "altılıq"da da yaxşı oyun göstərməklə çempion olmağa çalışacağıq. Çünki biz buna borcluyuq. Bizə göstərilən qayğının, yaradılan şəraitin qarşılığını ancaq uğur qazanmaqla qaytara bilərik.

Komandada hazırkı ab-hava da yaxşıdır. Uşaqlar da bir-birilərini yaxşı başa düşürlər. "Bakı"da hər kəs bir ailə kimidir. Bütün bunlar "Qarabağ"la oyuna yaxşı hazırlaşmağa imkan verir. Özünüz də bunun şahidi olacaqsız. Yeni ilə qələbə ilə başlamaq istəyirik".