“Bu, futbolçu üçün yaxşı xəbər olmadı”
14.02.2012 - 13:56
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Qış fasiləsindən istədiyiniz kimi yararlana bildinizmi?
- Həqiqətən də çox gözəl və effektli hazırlıq planı reallaşdırdıq. Ən əsası bu dövrü zədəsiz başa vurduq. Komanda istədiyim kimi məşq etdi. Hər şey qaydasındadır. Fevralın 16-da “Simurq”la keçirəcəyimiz oyunu gözləyirik. İnşallah, qələbə qazanıb, dediklərimi əyani sübut edəcəyik.
- Əksər klublar kimi sizin komanda da təlim-məşq toplanışını Antalyada həyata keçirdi. Orada olduğunuz müddətdə bir neçə yoldaşlıq oyunlarında gücünüzü sınadınız. Maraqlıdır ki, ilk görüşlərdə qazanılan nəticələr ürəkaçan deyildi. Bu rəqiblərin güclü olması ilə bağlı idi, yoxsa komandanız hələ toparlana bilməmişdi?
- Bunun bir yox, bir neçə səbəbi var. Əvvəla qeyd edim ki, həmin oyunlarda bəxtimiz də gətirmədi. Vurduğumuz toplar sanki qapıya girmək istəmirdi. Həm də ilk oyunlarda bütün futbolçulara şans verdim. Hamısının hazırlıq durumunu yoxlamaq istəyirdim. Daha sonra “11-lik”ləri müəyyənləşdirdim və sonrakı oyunlarda futbolçuları meydana bu şəkildə buraxdım. Həm də artıq vaxt azalırdı və özüm üçün start “11-liy”i müəyyənləşdirməli idim. Yoxlama oyunlarında daha vacib olan bəzi nüanslar var idi ki, onları da meydanda gördük.
- Komandanı qəbul edən zaman hansı problemlər sizi narahat edirdi və fasilə zamanı onları aradan qaldıra bildinizmi?
- Öz planlarımı həyata keçirdim. Artıq futbolçular həm fiziki, həm də taktiki baxımdan oyunlara tam hazırdır. Bilirsiz, artıq qərar verən mənəm, lazım bildiyimi tətbiq edirəm. Komanda bu yolla irəliləyir. Nəticələri də yaxın günlərdə görəcəyik.
- Mahir Şükürov bir müddət idi rəsmi oyunlarda iştirak etmirdi. Hazırlıq dövründə Şükürov necə təsir bağışladı?
- Oyun təcrübəsi baxımından çatışmazlığı var idi, yoxlama oyunlarında bunu aradan qaldırdı. İndi tam hazırdır.
- “Qəbələ” Antalyada olduğu müddətdə turnirə də qatıldı və yekunda qalib oldu. Həmin turnirdəki rəqiblərinizi necə dəyərləndirirsiniz?
- Xüsusilə, birinci və üçüncü oyunlardakı (müvafiq olaraq, “Vitorul Konstanta” (Rumıniya) 1:0, “Split” (Xorvatiya) 2:2) rəqiblərimiz yaxşı komandalar idi. “Obolon” da zəif komanda deyildi. Sadəcə, digər rəqiblərimizlə müqayisədə bir qədər aşağı səviyyəli idi. Ancaq bu yoldaşlıq oyunu olduğundan, tam fikir yürütmək çətindir. Ola bilsin, onlar səhər məşqinə çıxmışdılar. Ancaq turnirin faydalı olduğunu düşünürəm.
- Oyun qrafikinin sıx olması komandanızın fiziki baxımdan hazır olmasını ortaya çıxardımı?
- Biz toplanış müddətində fiziki hazırlığı yüksəltmək üçün yaxşı məşqlər keçmişdik. Bu baxımdan hansısa problemin olacağını əvvəldən düşünmürdüm. Xüsusilə də turnirdəki son oyunumuz çox sürətli alındı. Bu matçı eyni zamanda yaxşı məşq hesab etmək mümkündür.
- “Transfer pəncərəsi” zamanı heyətinizi 2 futbolçu ilə gücləndirdiz. Onların hazırlıq durumu sizi qane edirmi?
- Yannik Kamanan və Elmar Baxşıyevdən razıyam. Hər ikisinin hazırlığı yüksək səviyyədədir. Onların komandaya faydalı olacağını düşünürəm.
- Premyer Liqanın XIX turunun təxirə salınması planlarınıza necə təsir göstərdi?
- Əlbəttə, futbolçular, məşqçilər korpusu təyin edilən vaxtda oynamaq üçün köklənmişdi. Əhval-ruhiyyə də yaxşı idi. Lakin qeyri-əlverişsiz hava şəraiti turun təxirə salınması ilə nəticələndi. Aydın məsələdir ki, bu, oynamaq istəyi ilə hazırlaşan futbolçu üçün yaxşı xəbər olmadı. Ancaq həmin havada da meydana çıxmaq mümkün deyildi. Tur təxirə salınsa da, məşqlərimizi davam etdiririk.
- Əksər klublar məşq keçmək üçün qapalı məkan tapa bilmədiyi halda, “Qəbələ”nin bu sahədə problemi yoxdur...
- Bəli, elədir, bizim bu sahədə problemimiz yoxdur. Ancaq böyük meydanda məşq etməklə, qapalı yerdə hazırlıq keçmək eyni deyil. Vəziyyəti dəyərləndirərkən, şükür etməliyik ki, bizim şəraitimiz yaxşıdır.
- İlk “altılıq”la bağlı vəziyyəti necə dəyərləndirirsiniz. Bu gün təhlükəli zonada qərarlaşmısınız. Fasilədən sonra ən azı yerinizi qorumağı bacaracaqsınızmı?
- Bu gün 6-cı pillədəyik. Yəni taleyimiz öz əlimizdədir. Kiminsə büdrəməsini gözləməyəcəyik. Əksinə, bizdən sonrakı komandalar xal itirməyimizi gözləyəcəklər. Məncə, hər şey yaxşı olacaq. Öz oyunlarımızı qələbə ilə başa vurduqdan sonra digər komandaların bizə çatmaq şansı olmayacaq.

0
0