Elxan Məmmədov FİFA-nın iclasında hesabat verdi
14.02.2012 - 15:33
Elxan Məmmədov FİFA-nın iclasında hesabat verdi
Bu gün İsveçrənin Sürix şəhərində FİFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi, qeyd olunan komitənin xüsusi müşaviri Elxan Məmmədov tədbirdə hesabatla çıxış edib, komitə üzvlərinə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib.

Bundan əlavə, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) bəzi üzvləri də hazırda Sürix şəhərində səfərdədir. YTK-nın üzvləri bu gün FIFA-nın müxtəlif departamentlərində işgüzar görüşlər keçirəcək.