AFFA ev oyununun tarixini nə vaxt açıqlayacaq?
15.02.2012 - 00:02
Azərbaycan futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Rusiya ilə oyunlarının vaxtı hələ müəyyənləşməyib. AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev apasport.az saytının açıqlamasında tarixlərin yaxın günlərdə dəqiqləşəcəyini bildirib.
UEFA ilk oyunlar üçün martın 25-28-i, cavab matçları üçün aprelin 8-11-i tarixlərini müəyyənləşdirib. Qaydaya görə, konkret günləri meydan sahibləri seçməlidir: “Biz fevralın 18-də bu haqda rəsmi məlumat verəcəyik. UEFA-nın qaydalarına görə, həmin tarixə kimi vaxtımız var. Rusiya ilə oyun gününü müəyyənləşdirəndən sonra bu haqda həm UEFA-nı, həm rusları rəsmən məlumatlandıracağıq. Bura oyunun günü ilə yanaşı, başlama saatı, keçirilmə yeri aiddir. Eyni proseduranı rəqibimiz də edəcək. Yəni ruslar cavab matçının gününü, saatını, məkanını müəyyənləşdirəndən sonra bu haqda UEFA və bizə rəsmi məlumat verəcək. Tarixlər müəyyənləşəndən sonra 2 ölkənin futbol qurumları arasında müvafiq yazışmalar olacaq”.
Qeyd edək ki, futzal yığmamız həmişə olduğu kimi, ev oyununu Bakı İdman Sarayında keçirəcək.
Mehman SÜLEYMANOV

0
0