Gəncə stadionu qar altında - FOTOSESSİYA
14.02.2012 - 16:42
Gəncə stadionu qar altında - FOTOSESSİYA
Azərbaycan Premyer Liqasında fevralın 16-da “Kəpəz” – “İnter” qarşılaşmasının keçiriləcəyi Gəncə şəhər stadionunda təmizləmə işləri davam etdirilir. Apasport.az saytının məlumatına görə, “Kəpəz” rəhbərliyinin qərarı ilə təxminən 20 sm qalınlıqda olan qar örtüyünün sahədən yığışdırılmasına texnika və 40-dan artıq insan cəlb olunub.

Stadionun ot örtüyünün oyuna qədər təmizlənməsi üçün bütün mövcud vasitələrdən istifadə edilir. İşlərin sabah günün birinci yarısına qədər yekunlaşdırılması nəzərdə tutulub.