“Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran” qələbə qazandı
15.02.2012 - 17:53
“Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran” qələbə qazandı
Bu gün Azərbaycan Premyer Liqasında 2 aylıq fasiləyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qış fasiləsindən sonra keçirilən ilk 3 matçla XX tura start verilib.

Yubiley – XX milli çempionatda mübarizə Bakıdakı oyunlarla davam edib. Paytaxtdakı görüşlər eyni nəticə ilə başa çatıb. Hər 2 görüşdə qonaqlar 3:0 hesablı qələbəyə seviniblər. Ev oyununu paytaxtda keçirən “Sumqayıt” “Neftçi” ilə matçda meydana çıxmağa peşman olub. Son ölkə çempionu və hazırkı lider debütantı 3 cavabsız qolla məğlub edib.

“Bakı” isə “Qarabağ”a yenə də uduzub. İlk dövrədə rəqibinə minimal hesabla yenilən bakılılar öz meydanlarında daha acınacaqlı halla üzləşiblər. Ağdamlılar paytaxtın eyni adlı təmsilçisini 3 qolla məyus edib. Bu, “Bakı”nın çempionatda ardıcıl 2-ci darmadağınıdır. Aleksandr Starkovun yetirmələri qış fasiləsi ərəfəsində “Xəzər Lənkəran”a da eyni hesabla uduzmuşdu.

Lənkəran təmsilçisi isə günü qələbə ilə başa vuran yeganə meydan sahibi olub. Cənublular çətinliklə olsa da, AZAL-ın müqavimətini qıra bildi – 1:0. Bu qələbə sayəsində “Xəzər Lənkəran” ən azı 1 günlük 2-ci pilləyə yüksəlib.

15 fevral

"Xəzər Lənkəran" – AZAL - 1:0
QOL: Rahid Əmirquliyev, 74
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 3:0
“Xəzər Lənkəran” - Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beçiri, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç, Elnur Abdullayev, Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Antoni Semedo,
AZAL - Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ervin Bulku, Elşən Məmmədov, Nuqzar Kvirtiya,Georgi Bogihu, Bronislav Arseniyeviç, Viktor İqbekoyi, Tales Şütz

Oyun başlandı.
AZAL 1-ci dəqiqədə hesabı aça bilərdi. Kamran zədə hesabına topun qapıdan keçməsinə imkan vermir.
“Xəzər Lənkəran” sağ cinahdan künc zərbəsi vurur.
İlk sarı vərəqə. Yusifov Piti cəzalandırır.
“Xəzər Lənkəran”ın hücumu təhlükəli alındı. Ederin zərbəsi qapının üstündən keçdi
Həsənzadə Rahidin qüvvətli zərbəsini tutur
AZAL meydan sahiblərini əks-hücumda yaxalayır. Amma Şützün zərbəsini Kamran kornerə çıxarır
Pitin zərbəsi qapı tirinə dəyib meydandan çıxır
Şütz sarı vərəqə alır
Kamran Şützün başla zərbəsini çətinliklə dəf edir
Komandalar fasiləyə çıxır
Domanın cərimə zərbəsini Həsənzadə kornerə çıxardı
Elnur Abdullayev Roberto Alvizlə əvəzlənir
Meydan sahiblərinin növbəti şansı. Amma Həsənzadə topun qapıdan keçməsinə imkan vermir
AZAL hesabı açmağa yaxın olur. Şütsün zərbəsini Kamran iki həmləyə tutur.
Alvizin ideal ötürməsini qəbul edən Əmirquliyev qapıçını da aldadıb, tora qovuşdurur - 1:0
AZAL hesabı açmağa yaxın olur. Şütsün zərbəsini Kamran iki həmləyə tutur.
Kamran Bulkunun zərbəsini dəf edir.
Künc zərbəsindən sonra “Xəzər Lənkəran”ın qapısı qarşısında qalmaqal düşür.

Oyun başa çatdı

"Sumqayıt" - "Neftçi" - 0:3
QOLLAR: Flavinyo, 45, Nasimov, 50; 84
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:4
"Sumqayıt" - Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov, Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abbasov, Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quiyev, Ramil Həşimzadə, Kamil Nurəhmədov
"Neftçi" - Rauf Mehdiyev, Ruslan Abışov, Rail Məlikov, Elvin Yunuszadə, Alessandro Viana da Silva, Denis Silva, Slavço Georgiyevski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo, Bahadur Nasimov

İlk dəqiqələr "Neftçi"nin üstünlüyü şəraitində keçir
Mirhüseyn Seyidovun zərbəsini qapıçı tutur
Rəşad Abdullayev, Andrey Popoviçlə təkbətək çıxsa da zərbəsi qeyri-dəqiq alınır
Flavinyonun zərbəsi qapının üstündən keçir
“Neftçi”də məcburi əvəzetmə. Zədələnən Vyana da Silva yerini Ruslan Əmircanova verir.
Samir Abasov da zədələnir. Onu Yasin Abbasov əvəzləyir.
Kamil Nurəhmədovun zərbəsi zamanı top qapının yanından keçir
“Neftçi” real qol vəziyyətindən yararlana bilmir. Nasimov qapıçı ilə təkbətək çıxır. Amma özbəkistanlı futbolçunun zərbəsini Popoviç tutur
Mirhüseyn Seyidovun uzaq məsafədən zərbəsi qapının üstündən keçir
Sağ cinahdan Rəşad Abdullayevin ötürməsini Flavinyo tora qovuşdurur
"Neftçi" ikinci hissəyə qolla başlayır. Slavço Georgiyevskinin ötürməsindən sonra Bahodir Nasimov hesabı artırır - 0:2
Flavinyo əlverişli qol imkanı qazandı. Bu epizodda Popoviç komandasını 3-cü qoldan xilas etdi.
Müdafiəçinin səhvindən sonra Nasimov qapıçı ilə təkbətək çıxır. Amma Popoviç hesabın artmasına imkan vermir.
Nasimov dubl etməyə yaxın oldu amma bu dəfə top çərçivədən yayındı.
Flavinyonun zərbəsini Popoviç qapı xəttinin üstündə tutur.
Flavinyonun əvəzinə meydana Flaqmanın gənc yetirməsi Elşən Abdullayev daxil olur
Nasimovun zərbəsi qapı tirindən döndü
Slavço Georgiyevskinin yerinə meydana Cavid İmamverdiyev çıxır
Mirhüseyn Seyidovun ötürməsini Nasimov qola çevirir - 0:3
Nasimov het-trik edə bilərdi amma bu dəfə top azacıq qapının üstündən keçdi

Oyun başa çatdı


"Bakı" - "Qarabağ" - 0:3
QOLLAR: Əfran İsmayılov, 27 (penaltidən); Rəşad Sadiqov, 48; Georgi Adamiya, 64
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança
İlk dövrədəki oyun – 1:2
“Bakı” - Marko Şarliya, Duje Bakoviç, Denis İvanovs, Juninyo, Lukaş Horvat, Elvin Məmmədov, Cəmşid Məhərrəmov, Nenad Kovaceviç, Şəhriyar Əliyev, Uinston Parks, Koke
“Qarabağ” - Boyan Pavloviç, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Georgi Adamiya, Əfran İsmayılov, Bəxtiyar Soltanov, Rauf Əliyev

Oyunda ilk real qol vəziyyəti. Əfran qapıçı ilə təkbətək mübarizədə hesabı aça bilmir.
Şarliya növbəti dəfə komandasını qoldan xilas edir.
“Bakı”nın qol vurmaq cəhdi alınmır. Park oyundankənar vəziyyətə düşür.
“Qarabağ” penalti vurur. Əfranın zərbəsindən sonra hesab açıldı – 0:1
“Qarabağ” ikinci topu vurmağa yaxın olur. Adamiyanın zərbəsi dirəyə dəyir. Ardınca Sadiqovun zərbəsi qapının üstündən keçir.
Teli Parksın qapıçı ilə təkbətək çıxmasının qarşısını alır.
Rəşad Sadiqovdan möhtəşəm qol. O, künc zərbəsindən cərimə meydançası qarşısına ötürülən topu düz “doqquzluğ”a göndərir.
Parks yaxın məsafədən qapıya düşə bilmədi. Onun başla zərbəsi qeyri-dəqiq oldu.
“Qarabağ” üçüncü qolu vurur. Əfran sağ cinahdan irəliləyib, qapı qarşısında dayanan Adamiyaya ötürmə verdi. Onun zərbəsindən sonra hesab dəyişir - 0:3.
Bu qoldan sonra “Bakı” azarkeşləri baş məşqçi Aleksandr Starkovu istefaya səsləyirlər.

Oyun başa çatdı

16 fevral

13:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:0

14:00. "Rəvan" - "Turan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Bakı. "Dalğa Arena" stadionu
İlk dövrədəki oyun – 1:0

14:00. "Kəpəz" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0


komandalar o q h m tx
1Neftçi19131539-1640
2Xəzər L19116228-1738
3İnter18106217-936
4 Qarabağ1995523-1432
5 Bakı1985623-1929
6 Qəbələ1875618-1926
7 AZAL1965826-2923
8 Rəvan1857621-2222
9 Simurq1854918-2719
10 Kəpəz18441021-3416
11 Sumqayıt19431213-2515
12 Turan18321310-2611


Bombardir: Bahodir Nasimov (Neftçi) - 13

Qeyd edək ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.