Bolqarıstan çempionatı Azərbaycan Premyer Liqasının aqibətini yaşadı
15.02.2012 - 10:16
Bolqarıstan çempionatı Azərbaycan Premyer Liqasının aqibətini yaşadı
Bolqarıstan çempionatı Azərbaycan Premyer Liqasının aqibətini yaşayıb. Apasport.az saytının məlumatına görə, bu ölkədə çempionatın yaz hissəsinin başlanğıcı hava şəraitinin əlverişsiz olmağı ilə əlaqədar təxirə salınıb. Belə ki, Bolqarıstanda bu ayın sonunda güclü qar və ölkə üçün anomal soyuq temperatur gözlənilir. Buna görə də Bolqarıstan Futbol İttifaqının Texniki Komitəsi çempionatın bu il startının təxirə salınmağı ilə bağlı qərar çıxarıb. Fərq ondadır ki, bolqarlar oyunları 3 həftəlik təxirə salıb. Yəni fevralın 24-26-da keçirilməli olan XVI tur martın sonunda olacaq.

Qeyd edək ki, bu il Premyer Liqamızda mübarizənin startı 5 günlük yubandı. Fevralın 10-da startı verilməli olan XIX turun oyunları martın 7-ə təxirə salındı. Nəticədə mübarizə bu gün XX turla davam edəcək.