Ölkə çempionunun 10 xalı əlindən alındı
15.02.2012 - 10:29
Ölkə çempionunun 10 xalı əlindən alındı
Şotlandiya çempionu “Reyncers”in 10 xalı əlindən alınıb. Apasport.az saytının məlumatına görə, bu, ölkə futbolunun nəhənglərindən olan Qlazqo klubunun xarici idarəetməyə keçməyindən sonra baş verib. İndi kluba məsuliyyəti “Daf end Felps” şirkəti daşıyacaq.

Bu isə “Reyncers”ə ölkə çempionatında 10 xaldan məhrum edilmək bahasına başa gəlib. Belə ki, onun əzəli rəqibi olan lider “Seltik”lə xal fərqin artıq 14-ə yüksəlib. 3-cü yerdə gedən “Mozervell”in isə qlazqolularla xal fərqi 9-a enib.

“Reyncers”i əvvəlki tək 49 milyon funt sterlinq vergi ilə bağlı məhkəmə işini uduzmaq təhlükəsi gözləyir. Bu azmış kimi, prosesin yekunlaşmağına qədər ödənişlərin yubanmağına görə cərimənin əlavə olunmağı və bununla məbləğin 75 milyona kimi artacağı istisna edilmir.