“Topçular” Milanda topa tutuldu - VİDEO
16.02.2012 - 01:39
Çempionlar Liqasının 1/8 final mərhələsində daha 2 oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, baş tutan həmin qarşılaşmalar məhsuldar alınıb.
Öncə Sankt-Peterburqda “Zenit” və “Benfika” klubları üz-üzə gəlib. 5 qolun vurulduğu oyunda hesabı qonaq komanda açıb. 21-ci dəqiqədə Pereyra cərimə zərbəsindən sonra qapıçının qaytardığı topu tora qovuşdurub. Amma portuqaliyalılar sevinci cəmi 6 dəqiqə çəkib. Şirokovun qolundan sonra fasiləyədək hesab dəyişməyib.
İkinci yarıda azarkeşlər daha 3 qola şahidlik ediblər. 71-ci dəqiqədə Semak “Zenit”i önə çıxarsa da, qonaq komanda tarazlığı bərpa edə bilib. Amma cəmi 1 dəqiqə sonra Şirokov dublunu rəsmiləşdirərək, komandasına vacib qələbə qazandırıb.
Bu qarşılaşmadan sonra keçirilən “Milan” – “Arsenal” matçında meydan sahibləri favorit sayılsalar belə, qonaqların darmadağınla üzləşəcəyi gözlənilmirdi. Artıq fasiləyədək Boatenq və Robinyonun dəqiq zərbələri ilə irəli çıxan italiyalılar ikinci hissədə də “Arsenal”a şans verməyiblər.
İkinci hissənin əvvəlində daha bir qol vuran Robinyo darmadağının əsasını qoyub. Matçın sonlarında isə İbrahimoviç penaltini dəqiq yerinə yetirməklə, 4:0 hesablı qələbəni rəsmiləşdirib. Bununla, “topçular”ı topa tutan “Milan” demək olar növbəti mərhələyə vəsiqəni təmin edib.
14 fevral
“Lion” (Fransa) – APOEL (Kipr) - 1:0
Lyakazet, 58
“Bayer” (Almaniya) – “Barselona” (İspaniya) - 1:3
Kadles, 52 - Sançes, 41; 55; Messi, 88
15 fevral
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 4:0
Boateng, 15; Robinyo, 38; 49; İbrahimoviç, 79 (penaltidən)
“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) - 3:2
Roman Şirokov, 27; 88; Sergey Semak, 71 - Maksi Pereyra, 21; Oskar Kordozo, 87

0
0