Azərbaycanlı Azərbaycan yığmasından ehtiyatlanır
15.02.2012 - 11:34
“Milli komandamız 2012-ci il Tailanda keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün Azərbaycan yığması ilə 2 pley-off oyununu keçirməlidir. Bunlar asan oyunlar olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya Mini-Futbol Federasiyasının prezidenti Emil Əliyev deyib.
Əslən azərbaycanlı olan Əliyev Rusiya futzal yığmasının milli komandamızla dünya çempionatının pley-off mərhələsində qarşıdakı oyunları ilə bağlı fikirlərini bildirib.
O, millisinin çətin sınaq qarşısında olacağını deyərək, bundan üzüağ çıxacağına inanır: “Hazırkı Azərbaycan yığması yetərincə güclü komandadır. Ora Azərbaycan vətəndaşlığı alan braziliyalı oyunçular cəlb olunub. Millinin baş məşqçisi braziliyalıdır. Ancaq mən əminəm ki, yığmamız bu komandaya böyük müqavimət göstərəcək. Ümid edirik ki, Azərbaycan yığmasına qalib gələcəyik. Ancaq bu, bizə asan olmayacaq”.
Prezident oyunların məkanı haqda danışarkən, ev matçlarının yerini açıqlayıb: “Rusiya yığması ilk oyunu səfərdə keçirəcək. Bu, martın 25-28-i aralığında Bakıda olacaq. Biz Azərbaycan yığmasını cavab oyununda Tümendə qəbul edəcəyik”.
Qeyd edək ki, yığmamız Rusiya ilə səfər matçını aprelin 8-11-i aralığında keçirəcək. Oyunların konkret günləri fevralın 18-ə kimi müəyyənləşib, rəsmən açıqlanmalıdır.

0
0