“Azərreyl”in Çempionlar Liqasındakı oyunlarının vaxtı bilindi
15.02.2012 - 11:51
“Azərreyl”in Çempionlar Liqasındakı oyunlarının vaxtı bilindi
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində Bakının “Azərreyl” klubunun Kazanın “Dinamo” komandası ilə keçirəcəyi görüşlərin başlama günü və saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ilk matçlarına səfərdə fevralın 22-də çıxacaqlar. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Paytaxtımızda təşkil ediləcək cavab oyunu fevralın 28-də keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq matç isə saat 18:00-da start götürəcək.