Rusiya yığmasının qapıçısı Azərbaycana gələ bilər
15.02.2012 - 12:13
Rusiya yığmasının qapıçısı Azərbaycana gələ bilər
“Ümid edirəm ki, Avropa çempionatının final mərhələsindən sonra yığma karyerasını bitirdiyini açıqlayan Sergey Zuyev fikrindən daşınacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Tümen” futzal klubunun prezidenti Aleksandr Popov deyib.

O bildirib ki, DÇ-2012-nin pley-off mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasından getdiyini açıqlayan qapıçı Sergey Zuyev bir neçə gün əvvəl verdiyi qərarını dəyişəcək: “Bütün bunlar emosiyalardadır. Onun necə həyəcan keçirdiyini hamı gördü. Avropa çempionatından bir az vaxt keçəcək və emosiyalar da arxada qalacaq. Ümid edək ki, həmin vaxt Sergey yenidən yığmada olacaq”.

Qeyd edək ki, Avropa çempionatının finalçısı ilə Bakıdakı ilk qarşılaşma martın 25-28-də baş tutacaq.