“Xəzər Lənkəran”ın sabiq məşqçisini soyan şəxsə icbari iş verdilər
15.02.2012 - 12:47
“Xəzər Lənkəran”ın sabiq məşqçisini soyan şəxsə icbari iş verdilər
“Xəzər Lənkəran” klubunun sabiq məşqçisi Mihay Teja Rumıniyada məhkəmə iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, onun vətənində “Styaua”da çalışarkən yaşadığı xoşagəlməz hadisə ilə bağlı araşdırmalar sona çatıb.

Komandanın paltardəyişmə otağına girib, məşqçinin çantasındakı pulları oğurlayan şəxslə bağlı qərar verilib. Tejanı soyub onun 50 avro və 50 Rumıniya leyini oğurlayan cinayətkara 1 il icbari iş verilib. Üstəlik, oğru ələ keçirdiyi paraları qaytarmalı olacaq.

Qeyd edək ki, Teja 2010-11-ci illərdə “Xəzər Lənkəran”da Mirça Rednikin köməkçisi kimi çalışıb.