Parks və Brenes üçün Yamayka səfəri
15.02.2012 - 13:03
Parks və Brenes üçün Yamayka səfəri
“Xəzər Lənkəran”ın yeni transferi Rendal Breneslə “Bakı”nın futbolçusu Uinston Parks yenidən Kosta-Rika milli komandasına çağırıla bilərlər. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalılar martın 21-də Yamayka, aprelin 11-də Hondurasla qarşılaşmaq haqda razılıq əldə ediblər.

Bunu açıqlayan Kosta-Rika Futbol Federasiyasının prezidenti Eduardo Li Brenes və Parks kimi azsaylı legionerlərin bəzilərinin bu matçlara çağırılacağını istisna etməyib: “Bu 2 matçda əsasən yerli çempionatda çıxış edən futbolçuları sınayacağıq. Lakin legioner həyatı yaşayan futbolçularımızdan bir neçəsini də dəvət etmək niyyətindəyik. Bununla bağlı onların klubları ilə danışıqlar aparmalıyıq”.

Qeyd edək ki, Yamayka ilə oyun səfərdə, Hondurasla isə evdə keçiriləcək.