Aleksandr Starkovu istefaya səslədilər
15.02.2012 - 15:34
Aleksandr Starkovu istefaya səslədilər
“Bakı” klubunun azarkeşləri komandanın baş məşqçi postunda dəyişiklik edilməsini istəyir. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XX turunun “Qarabağ”la oyunu zamanı rəqibin vurduğu 3-cü qol fanatların qəzəbinə səbəb olub.

Bu üzdən də “Bakı”nın təlim-məşq bazasını istefa sədaları bürüyüb. Azarkeşlər latviyalı Aleksandr Starkovun baş məşqçi postuna gəldiyi gündən ciddi uğur qazana bilməyən, bahalı transferlərə rəğmən uğursuz çıxış edən komandanın onunla yollarını ayırmasını tələb edir.