Dik Advokat Aleksandr Səmədovdan imtina etdi
15.02.2012 - 15:50
Dik Advokat Aleksandr Səmədovdan imtina etdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq Rusiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Dik Advokat Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

Hollandiyalı mütəxəssis fevralın 29-da Kopenhagendə baş tutacaq oyuna 21 oyunçu çağırıb. Lakin Advokat bu matçda əslən azərbaycanlı olan Aleksandr Səmədova ehtiyac duymayıb.

Qapıçılar: Vyaçeslav Malafeyev (“Zenit”), Vladimir Qabulov (“Anji”).

Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hər ikisi MOİK), Yuri Jirkov (“Anji”), Roman Şişkin (“Lokomotiv”).

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi “Spartak”), Denis Qluşakov (“Lokomotiv”), İqor Denisov, Konstantin Zıryanov, Roman Şirokov (hər ikisi “Zenit”), Alan Dzaqoyev (MOİK), İqor Semşov (“Dinamo”).

Hücumçular: Andrey Arşavin (“Arsenal”, İngiltərə), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo”), Roman Pavlyuçenko (“Lokomotiv”), Pavel Poqrebnyak (“Fulhem”, İngiltərə).