Qurban Qurbanov: Qələbə heç kimi aldatmasın
15.02.2012 - 17:22
“Bakı”nın bazasında ilk dəfədir oluram. Çox gözəl şərait yaradıblar. Məncə, şəraitinə görə ilk yerdə olan komandadır. Əvəzedicilərin oyununa da baxmışam, istedadlı futbolçuları var”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Premyer Liqanın XX turunda səfərdə qalib gəldikləri “Bakı”nı tərifləməklə diqqət çəkib. Gənc mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, “zolaqlılar”la oyunları yaxşı alınıb: “Bakı” gələcəyi olan komandadır. Bu gün 3 xalı qazanmaq bizim üçün vacib idi. Qələbə heç kimi aldatmasın, futbolçularım çox çalışdılar. Oyunumuz yaxşı alındı. Qarşıdakı oyunlar çox ağır olacaq, daha ciddi hazırlaşmalıyıq”.

0
0