Cüneyt Biçər: Xeyli sayda qol imkanının qaçırılmasından narazı qaldım
15.02.2012 - 18:28
Cüneyt Biçər: Xeyli sayda qol imkanının qaçırılmasından narazı qaldım
“İlk oyun həmişə ağır olur. Buna baxmayaraq, komandamız gözəl oyun sərgiləyə bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

Türkiyəli mütəxəssis Premyer Liqanın XX turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb: “Matçın ilk 20 dəqiqəsində xeyli sayda qol imkanının qaçırılmasından narazı qaldım. Ümumilikdə, hər 2 komanda gözəl, baxımlı futbol göstərdi. Yeni transferlərdən ikisinə bu gün şans verdik. Onlar yaxşı oynadılar. Xüsusilə, qol ötürməsi verən Roberto Alviz xoş təsir bağışladı. Qarşıdakı oyunlarda digərlərinə də şans verəcəyik. Kosta-Rikalı Rendal Brenesi transfer vərəqi gəlmədiyi üçün bu matçda meydana buraxa bilmədik. Qarşıdakı görüşlərdə ona da şans verə biləcəyik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” AZAL-la qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.