“Altılıq” uğrunda sonadək mübarizə aparacağıq”
15.02.2012 - 18:35
“Altılıq” uğrunda sonadək mübarizə aparacağıq”
“Azarkeşlər gözəl oyunun şahidi oldular. Hər 2 komanda yaxşı oyun göstərib qol imkanları əldə etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev deyib.

O, Premyer Liqanın XX turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb: “Təəssüf ki. biz bu imkanlardan yararlana bilmədik. “Xəzər Lənkəran” isə 1 dəfə bunu bacarıb qarşılaşmanın taleyini öz xeyrinə həll etdi. Buna baxmayaraq komandamdan razı qaldım. Futbolçularım əzmkarlıq göstərdilər. Qarşıda hələ 3 tur var. Hələ heç nə bitməyib. “Altılıq” uğrunda sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, AZAL səfər oyununda 0:1 hesabı ilə məğlub olub.