FİFA-dan Azərbaycana tövsiyələr
16.02.2012 - 10:07
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı növbəti tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın Sürixdəki mənzil qərargahında baş tutan yığıncaqda ölkəmizin yarışa hazırlığı ilə bağlı müzakirələr aparılıb. Yerli Təşkilat Komitəsinin sədri AFFA-nın baş katibi Elxan Məmmədov hazırlığın müxtəlif istiqamətlər üzrə necə getməsi ilə bağlı məruzə edib. FİFA rəsmiləri bu məruzələri dinlədikdən sonra müəyyən tövsiyələrini veriblər.
0
0