Yevlaxda 641 günlük həsrətə son
16.02.2012 - 11:48
Yevlaxda 641 günlük həsrətə son
Azərbaycan Premyer Liqası Yevlaxa qayıdıb. Apasport.az saytının məlumatına görə, XX turun bu gün keçiriləcək “Kəpəz” – “İnter” qarşılaşması Yevlax şəhər stadionundakı Premyer Liqa həsrətinə son qoyacaq.

Belə ki, bu arenada güclülər dəstəsi oyunu hələ “Karvan” elitada oynadığı vaxt baş tutmuşdu. Bu, 2009/10 mövsümünün sonuncu – XXXII turuna təsadüf etmişdi. 2010-cu il mayın 16-dakı qarşılaşmada “Turan” meydan sahiblərini 4:1 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşmadan 641 gün sonra Yevlax şəhər stadionu yenidən Premyer Liqa oyununa ev sahibliyi edəcək.

Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu saat 14:30-da başlayacaq.