Rekordun 14 addımlığında
16.02.2012 - 14:04
Rekordun 14 addımlığında
Azərbaycan çempionatlarında ən çox qol vuran legionerlərin siyahısında dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, ən azı 25 qol vuranlar siyahısında qərarlaşan 16 əcnəbidən ikisi növbəti dəfə fərqlənməklə, mövqeyini yaxşılaşdırıb.

Bunlar Georgi Adamiya ilə Bahodir Nasimovdur. Premyer Liqanın XX turunun “Bakı” ilə oyununda qol vuran “Qarabağ”ın gürcüstanlı legioneri rekorda bir az da yaxınlaşıb. Hesabında artıq 57 çempionat qolu olan gürcü həmyerlisi Badri Kvaratsxeliyaya çatmaq üçün cəmi 14 dəfə fərqlənməlidir.

“Neftçi”nin özbəkistanlı hücumçusu Nasimov isə 2 qol vursa da Adamiyadan 2 dəfədən çox geri qalır. Qol sayını 28-ə çatdıran legioner Fabio Luis Ramimi arxada qoyaraq 14-cü pilləyə yüksəlib.

Azərbaycan çempionatında ən azı 25 qol vuran legionerlər

1. Badri Kvaratsxeliya - 71
2. Georgi Adamiya - 57
3. Leandro Qomeş - 41
4. Fernando Peres - 40
5-7. Branimir Subaşiç – 37
Yakuba Bamba - 37
Junivan Suares - 37
8. Viktor Kulikov - 35
9. Əhməd Ticani - 34
10-11. Anatoli Doroş - 30
Valter Quqlemon - 30
12-13. Vladimir Mazyar - 29
Viktor İqbekoyi - 29
14. Bahodir Nasimov – 28
15. Fabio Luis Ramim - 27
16. Robertas Poşkus - 25