Bəxtiyar Musayev yerini itirir
16.02.2012 - 14:12
Azərbaycan çempionatlarında ən çox qol vuran “Neftçi” klubunun bombardirlər siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XX turunun “Sumqayıt”la səfər görüşündə dubl edən Bahodir Nasimov komandanın çempionat matçlarında ən çox qol vuran oyunçuları siyahısında mövqeyini yaxşılaşdırıb. 3:0 hesabı ilə nəticələnən görüşədək 26 qolla 10-cu pillədə olan özbəkistanlı hücumçu artıq 9-cu yerin şərikidir. Bahodir seleksiyaçı məşqçisi Bəxtiyar Musayevə çataraq, bu pillənin vahid sahibliyini əlindən alıb. İndi 28 qola malik hər 2 bombardir 9-cu yeri bölüşürlər. Sumqayıtlıların qapısına vurulan digər qolun müəllifi Flavinyo isə 19 qolla “Top-10”un yaxınlığındadır.
| 1 | Samir Ələkbərov | 99 |
|---|---|---|
| 2 | Qurban Qurbanov | 66 |
| 3 | Yunis Hüseynov | 58 |
| 4 | Nazim Əliyev | 42 |
| 5 | Nadir Nəbiyev | 37 |
| 6 | Vadim Vasilyev | 32 |
| 7 | Branimir Subaşiç | 31 |
| 8 | Georgi Adamiya | 29 |
| 9-10 | Bahodir Nasimov | 28 |
| Bəxtiyar Musayev | 28 |
0
0