“Sumqayıt”ın qənimi...
16.02.2012 - 14:32
Azərbaycan Premyer Liqasının bombardiri Bahodir Nasimov “Sumqayıt”ın qəniminə çevrilib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin özbək hücumçusu “gənclik şəhəri”nin təmsilçisi ilə cari mövsümdə hər 2 oyunda fərqlənərək, artıq 4 qol vurub.
Bahodir Bakıdakı matçların hər birində dubl edib. Belə ki, ilk dövrədə avqustun 21-də III turda “Sumqayıt Şəhər” adlanan komandaya Tofiq Bəhramov adına Respublika stadionunda 4:0 hesabı ilə qalib gəldikləri oyunda 41 və 59-cu dəqiqələrdə qol vuraraq, matçda son nöqtəni qoymuşdu. Ssenari komandaların paytaxtdakı 2-ci duelində də təkrarlandı. Belə ki, Nasimov “Şəfa” stadionunda 3:0 hesabı ilə qalib gəldikləri matçda 49 və 85-ci dəqiqələrdə son nöqtəni qoyub. Fərq ondadır ki, yenə autsayderdən top buraxmayan lider bu dəfə 1 qol az vurdu.
Ümumiyyətlə, “Şəfa”dakı oyunla Respublika stadionunda matç arasında oxşarlıq yetərincədir. Yəni onda da hesabı ilk hissədə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo açmışdı. Həmin oyunda 2-ci qola imza atan sağ cinah yarımmüdafiəçisi Rəşad Abdullayev bu dəfə qol vurmasa da, məhsuldar ötürmələrlə fərqləndi.
Bahodir bu göstəricisi ilə həm bombardirlər yarışında (13 qol) liderliyini möhkəmlətdi, həm də cari mövsümdə bir komandaya ən çox qol vuran, onunla hər 2 görüşdə dubl edən futbolçu oldu. Bunadək AZAL-ın mərakeşli yarımmüdafiəçisi Zohair Benouahi “Simurq”un qapısına 2 oyunda 3 dəfə yol tapmışdı. O, Zaqatalada 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl etmiş, rəqibi Bakıda 5:1 hesabı ilə məğlub etdikləri matçda 1 qol vurmuşdu.
Ümumiyyətlə, cari mövsümdə hələ ki “Neftçi” ilə AZAL bir komandaya hər 2 dövrədə böyük hesabla qalib gəlib ki, bunda da darmadağın olunanlar məhz “Sumqayıt”la “Simurq” olub. Özü də hər ikisində bu aqibəti əcnəbi baş məşqçilər – almaniyalı Bernard Raabla rusiyalı Sergey Yuran yaşayıb. “Neftçi” sumqayıtlıları hər 2 dəfə Böyükağa Hacıyevin rəhbərliyi altında yenibsə, AZAL Zaqatala təmsilçisini səfərdə Elxan Abdullayevlə, evdə onu əvəzləyən köməkçisi, hazırkı baş məşqçi Rafiq Mirzəyevlə böyük hesabla məğlub edib.
Qeyd edək ki, “Sumqayıt” təmsil etdiyi şəhərdə ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına stadionunun meydançasının vəziyyəti ilə əlaqədar “Neftçi”ni paytaxtda qəbul etdi.

0
0