Əlvida, “altılıq”!
16.02.2012 - 15:10
Premyer Liqanın XX turunun “Simurq” – “Qəbələ” oyununun başa çatması, daha 2 komandanın ilk “altılıq” şanslarını yoxa çevirib. Apasport.az saytının məlumatına görə, 1:0 hesabı ilə qalib gələn qəbələlilər xal hesabını 29-a çatdırdı.
Bununla da onlar “Simurq”la xal fərqini 10-a çatdırdı. Bu isə o deməkdir ki, Zaqatala təmsilçisi üçün artıq 6-cı yer əlçatmazdır. Çünki son 3 matçda bu fərq aradan qaldırıla bilməz.
XX turun oyununu davam etdirən “Kəpəz” bu gün qələbə qazansa belə, “altılıq”da olmayacaq. Çünki hazırda “Qəbələ”dən 13 xal geridə olan gəncəlilər 4 matçın hamısında qalib gəlsə də, ən yaxşı halda 7-ci yerlə kifayətlənəcək.
Qeyd edək ki, ilk “altılıq”dan əl çəkən “Kəpəz” və “Simurq”a qədər “Turan”la “Sumqayıt” da 7-12-ci yerlər uğrunda oynayacağını rəsmiləşdirib.

0
0