Sergey Yuran mətbuat konfransına qatılmadı
16.02.2012 - 15:34
Sergey Yuran mətbuat konfransına qatılmadı
“Simurq”un rusiyalı baş məşqçisi Sergey Yuran Premyer Liqanın XX turunda “Qəbələ” ilə bugünkü ev oyununda (0:1) keçirilən mətbuat konfransına qatılmayıb. Apasport.az saytının məlumatına görə, onu köməkçisi İqor Yuşenko əvəzləyib. O, yaxşı, maraqlı oyun olduğunu bildirib: “Komandalar bərabər oyun göstərdi. Rəqiblə sonadək mübarizə apardıq. Buraxılan bir səhv qapımıza qolla nəticələndi”.

Qeyd edək ki, Premyer Liqamızın əsasnaməsinə görə baş məşqçi oyun sonrası mətbuat konfransına gəlməyəndə, ona cərimə kəsilir. Ancaq Yuranı belə aqibət gözləmir. Çünki o, ötən ilin son turunda “İnter”lə ev matçından sonra 1 oyunluq cəzalı olduğundan, “texniki zona”dan kənarda qalmalı olmuşdu. Adı “Qəbələ” ilə matçın protokolunda da yer almayan Yuranı əvəzləyən Yuşenko komanda meydana çıxarmışdı.