Ronaldinyonun üzünə tüpürdülər
16.02.2012 - 17:11
Məşhur braziliyalı futbolçu Ronaldinyo xoşagəlməz olayla üzləşib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu vətənində oynadığı “Flamenqo”nun heyətində Libertadores Kubokunda Argentinanın “Lanus” klubu ilə səfər oyununda yerli azarkeşlər tərəfindən pis münasibətlə qarşılaşıb.
Belə ki, Ronaldinyo künc zərbəsini yerinə yetirməyə yaxınlaşdığı zamanı tribunlardan ona tərəf xırda əşyalar atılıb. Bunlar qəpik və alışqanlar olub. Ancaq iş bununla bitsəydi, dərd yarı idi. Belə ki, ilk sırada oturan uşaq ulduz futbolçunun üzünə tüpürüb.
Qeyd edək ki, Ronaldinyonun karyerasında ən böyük uğurlar 2002-ci ildə dünya çempionu olmağı, 2004 və 2005-ci illərdə planetin ən güclü futbolçusu seçilərək, “Brilyant top”a layiq görülməyidir.

0
0