“Qalatasaray”ın kapitanı karyerasını bitirir
16.02.2012 - 19:05
“Qalatasaray”ın kapitanı karyerasını bitirir
“Qalatasaray”ın kapitanı Ayhan Akman gələcəyi ilə bağlı mühüm qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunda nəinki komandadan gedəcəyini, ümumiyyətlə, futbolçu karyerasını bitirəcəyini açıqlayıb. Karyerası boyu bir çox mövqelərdə oynayan Ayhan ehtiyatda qalmaqdansa, futboldan getməyi üstün tutub: “Futbola başladığım dövrdə qola daha yaxın oynayırdım. Zaman keçdikcə daha geriyə getdim. İndi isə meydanın kənarına doğru gedirəm. İnşallah, bu mövsümün sonunda futbolu buraxmaq niyyətindəyəm”.

Qeyd edək ki, futbolçu karyerası 19 ildir davam edən Akman 2001-dən çıxış etdiyi “Qalatasaray”ın heyətində Türkiyə Superliqasında 402 matçda 18 qol vurub.