Milli komandamızın toplanışına 30 futbolçu çağırıldı
17.02.2012 - 10:22
Milli komandamızın toplanışına 30 futbolçu çağırıldı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov fevralın 17-dən 28-ə qədər Bakıda keçirəcəyi hazırlıq prosesinə 30 futbolçu çağırıb. Bunlar Əli Həsənli, Tərlan Əhmədov, Vəzir Musayev (hamısı “Qəbələ”), Mahsun Qəmbərli, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkəran”), Emin Mirzəliyev, Budaq Nəsirov (hər ikisi “Turan”), Etibar Süleymanov, Elton Xudadatov, Pərviz Qaraxanov, Ravil Məhəmmədov, Fəhmin Muradbəyli (hamısı “Neftçi”), Mənsur Nəhavəndi, Ülvi İbazadə, Roman Məmmədov (hamısı “İnter”) Əsfər Məmmədov, Əlimərdan Əlimərdanlı, Valeh Seyidov, Yusup Hakimov, Akif Ağayev, Ülvi Süleymanov, Şahvələd Məhərrəmov, Təyyar Məmmədov (hamısı “Bakı”), Cavid Əsgərov (“Kəpəz”), Süleyman Piriyev (“Sumqayıt”), Elman Mehdiyev (“Qarabağ”), Azər Qurbanov (klubsuz), Elvin Murtuzov (“Kvadro”, Rusiya), Roman Əliyev (“Akademiya Futbola”, Rusiya), Aslanbəy Zaseyevdir (“Alaniya”, Rusiya). Son 3 futbolçu heyətdəki legionerlərdir və yığmanın düşərgəsinə fevralın 22-də gələcək.

Mənbə: affa.az