“Yağlı tikə”sini yeyib, əzəli rəqibini qabaqladı
17.02.2012 - 11:52
Premyer Liqanın cari mövsümündə daha 2 böyük hesablı qələbə qeydə alındı. Apasport.az saytının hesablamalarına görə, qış fasiləsindən sonra ilk turun (XX) Bakıdakı açılış oyunlarında qonaqların qazandığı “3:0”larla çempionatda böyük hesablı qələbələrin sayı 14-ə çatdı.
Bunun birinə “Sumqayıt”la səfər oyununda imza atan “Neftçi” belə nəticələrin mübarizəsində liderliyə yüksəldi. Belə ki, hesabında artıq 4 böyük hesablı qələbə olan “ağ-qaralar” bununla da prinsipial rəqibi “Xəzər Lənkəran”ı arxada qoydu. “Böyük oyun” iştirakçıları bunadək hərəyə 3 belə nəticə ilə liderliyə şərik idilər. Ancaq bunlardan birinə məhz cənub təmsilçisi ilə görüşdə (5:0) imza atan “Neftçi” üstünlüyü ələ keçirdi.
Digər böyük hesablı qələbə qazanan komandalara gəlincə, AZAL-ın da hesabında 3 belə nəticə var. “Bakı”, “Kəpəz” və artıq “Neftçi” üçün “yağlı tikəyə” çevrilmiş “Sumqayıt” da 1 dəfə rəqibini darmadağın edib.
“Gənclik şəhəri” təmsilçisi cari ildə Premyer Liqada debüt matçında böyük hesabla uduzdu. Yeri gəlmişkən, həmin görüşün keçirildiyi “Şəfa” stadionunda cari mövsümdə böyük hesablı qələbə olmamışdı. Belə ki, həmin məkanda ev oyunlarını keçirən “İnter” buna imza atmamışdı və cari mövsümdə ilk dəfə bunu qonaq qismində çıxış edən “Neftçi” reallaşdırdı.
“Qarabağ” hesabat turunda “Bakı” ilə səfər matçında qazandığı nəticə ilə cari çempionatda böyük hesablı qələbəyə sevinən komandaların sayını 7-yə çatdırdı. Bu mövsüm ən böyük darmadağına isə AZAL-ı evdə 7:1 hesabı ilə yenən “Neftçi” imza atıb.
Premyer Liqamızın cari mövsümündə böyük hesablı qələbələr
2011-ci il
I tur
7 avqust
“Simurq” - AZAL – 0:3
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
II tur
14 avqust
AZAL - “Xəzər Lənkəran” – 0:3
Bakı. “AZAL Arena” stadionu
III tur
21 avqust
“Neftçi” - “Sumqayıt Şəhər” – 4:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
IV tur
27 avqust
“Bakı” - “Kəpəz” – 0:3

XII tur
5 noyabr
AZAL - “Qəbələ” – 3:0
Bakı. “AZAL Arena” stadionu
6 noyabr
“Neftçi” - “Xəzər Lənkəran” – 5:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
XIII tur
20 noyabr
“Bakı” - “Turan” – 5:0
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının meydançası
XVI tur
11 dekabr
“Sumqayıt Şəhər” - “Kəpəz” – 4:1
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
“Neftçi” - AZAL – 7:1

XVII tur
16 dekabr
AZAL - “Simurq” – 5:1
Bakı. “AZAL Arena” stadionu
“Kəpəz” - “Xəzər Lənkəran” – 1:4
Gəncə. Şəhər stadionu
XVIII tur
21 dekabr
“Xəzər Lənkəran” - “Bakı” – 3:0
Lənkəran. Şəhər mərkəzi stadionu
2012-ci il
XX tur
15 fevral
“Sumqayıt” - “Neftçi” – 0:3
Bakı. “Şəfa” stadionu
“Bakı” - “Qarabağ” – 0:3

Qeyd edək ki, III turda avqustun 20-də “Şəfa” stadionunda keçirilən “İnter” – “Bakı” oyununda qonaqların 3:0 hesablı qələbəsi olub. Ancaq bu, texniki nəticədir və ev sahibləri meydanı vaxtından əvvəl tərk etdiyinə görə matç başa çatdırılmadı. AFFA-nın İntizam Komitəsi buna görə “İnter”ə 0:3 hesablı texniki məğlubiyyət verdi.
Mehman SÜLEYMANOV

0
0