Elnur Abdulov da milliyə çağırıldı
17.02.2012 - 11:57
Elnur Abdulov da milliyə çağırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert daha bir futbolçunu fevralın 22-dən 29-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına dəvət edib. Bu, “İnter”in üzvü Elnur Abdulovdur.

Qeyd edək ki, toplanış ayın 29-da İslandiya ilə keçiriləcək Avro-2013-ün seçmə oyununa hazırlıq məqsədi daşıyır.