“Qəbələ” – “Xəzər Lənkəran” oyunu kənddə keçiriləcək
17.02.2012 - 13:51
“Qəbələ” – “Xəzər Lənkəran” oyunu kənddə keçiriləcək
Qeyri-sabit və qarlı hava şəraiti Premyer Liqanın daha bir oyununun yerini dəyişməyə məcbur edib. Apasport.az saytının məlumatına görə, 2 qarşılaşmasının yeri dəyişən XX turun ardından XXI turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı da fərqli məkanda baş tutacaq.

Belə ki, Qəbələ Şəhər Stadionu qar örtüyü altında qaldığı üçün qarşılaşma rayonun Böyük Əmili kəndindəki stadionunda keçiriləcək. Bu süni ot örtüklü stadion meydan sahibi tərəfindən inşa olunub və bütün müasir standartlara cavab verir.

Qeyd edək ki, Premyer Liqanın təsnifat mərhələsinin ikinci dövrəsində keçirilən “Qəbələ” – “Sumqayıt Şəhər” matçı da eyni səbəbdən Böyük Əmilidə baş tutmuşdu.